Malayziyanın ali rəhbəri Sultan İbrahim Qələbə günü tədbirlərindən əvvəl Rusiyaya gedib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, kralın təyyarəsi mayın 6-da Moskva hava limanına eniş edib və orada onu rəsmilər qarşılayıb.
Görüntülər "Ruptly" video agentliyi tərəfindən yayımlanıb.
Malayziyanın dövlət xəbər agentliyi "Bernama"nın məlumatına görə, monarx Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər edib.
Sultanın təyyarəsi yerli vaxtla səhər saat 8:00-da (Moskva vaxtı ilə səhər saat 3:00) Rusiyaya yola düşüb.
QAZİLER.AZ



