Belarus XİN Ermənistan səfirinə etiraz notası təqdim edib

Belarus XİN Ermənistan səfirinə etiraz notası təqdim edib backend

Mayın 5-də Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sarkisyan Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az bildirir ki, bu barədə nazirliyin mətbuat xidmətinin verdiyi açıqlamada deyilir.

"Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar olaraq erməni diplomata sərt etiraz bildirildi.  Artur Sarkisyana müvafiq nota təqdim edildi", -  Belarus Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

QAZİLER.AZ