Əlcəzair Prezidenti Türkiyəyə gedir

Əlcəzair Prezidenti Türkiyəyə gedir backend

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 6-8 may tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran "X"dəki hesabında yazıb.

Duranın açıqlaması belədir:

"Səfər çərçivəsində Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası 7 may 2026-cı ildə Ankarada keçiriləcək.

Hər iki ölkənin müvafiq nazirlərinin qatılacağı Şura iclasında dost və qardaş Əlcəzairlə münasibətlərimiz hər cəhətdən qiymətləndiriləcək və ikitərəfli əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq. Mövcud regional və beynəlxalq inkişaflar da müzakirə olunacaq.

Bundan əlavə, səfər zamanı ikitərəfli münasibətlərin müqavilə əsasını gücləndirmək üçün müxtəlif müqavilələrin imzalanması nəzərdə tutulur".

QAZİLER.AZ