"Rəqəmsal blokada" həqiqəti gizlədə bilməz
Ukrayna Prezidenti Volodimir Zelenski, 9 Mayın qeyd edilməsinə hazırlıqlar səbəbindən Moskvada internetin bağlanmasına istehza edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukraine Zelenskinin Telegramdakı açıqlamasına istinadən məlumat yayıb.
"Moskvada internetin daimi kəsilməsi səbəbindən hazırda xəbər almaq çətin olsa da, onlar yenə də hər gün itirdiklərini hiss edirlər", - Ukrayna prezidenti deyib.
Dövlət başçısı həmçinin 35 fiziki və hüquqi şəxsə məhdudiyyətlər tətbiq edən Böyük Britaniyanın sanksiya addımını alqışlayıb.
QAZİLER.AZ



