Zelenski Moskvada internetin kəsilməsinə istehza etdi

Zelenski Moskvada internetin kəsilməsinə istehza etdi backend

"Rəqəmsal blokada" həqiqəti gizlədə bilməz

Ukrayna Prezidenti Volodimir Zelenski, 9 Mayın qeyd edilməsinə hazırlıqlar səbəbindən Moskvada internetin bağlanmasına istehza edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukraine Zelenskinin Telegramdakı açıqlamasına istinadən məlumat yayıb.

"Moskvada internetin daimi kəsilməsi səbəbindən hazırda xəbər almaq çətin olsa da, onlar yenə də hər gün  itirdiklərini hiss edirlər", - Ukrayna prezidenti deyib.

Dövlət başçısı həmçinin 35 fiziki və hüquqi şəxsə məhdudiyyətlər tətbiq edən Böyük Britaniyanın sanksiya addımını alqışlayıb.

QAZİLER.AZ