Moskva yaxınlığındakı Vnukovo hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Qaziler.az bildirir ki, Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti bu barədə mayın 5-də məlumat verib.
"Vnukovo hava limanı. Təyyarələrin gəlişi və uçuşuna məhdudiyyətlər aradan qaldırılıb", - deyə "Max" tətbiqində bildirilib.
Tədbirlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu qeyd edilib.
QAZİLER.AZ



