Həştərxan vilayətindən olan iki gənc qadın Qaraçay-Çərkəz dağlarında itkin düşüb.
Qaziler.az bildirir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu barədə 5 mayda məlumat verib.
"Qaraçay-Çərkəzdə iki turistin axtarışı davam edir. Hazırda qızların harada olduğuna dair heç bir iz tapılmayıb", - deyə açıqlamada bildirilir.
Turistlər aprelin 25-də yürüşə çıxıblar. Onlar marşrutu respublikanın Zelençukski rayonundakı Lyubvi gölü yaxınlığında, dəniz səviyyəsindən 2400 metr yüksəklikdə bitirməyi planlaşdırırdılar. Keçdikləri cığır texniki cəhətdən çətin hesab edilməyib.
Nazirlik vurğulayıb ki, turistləri axtaran 19 nəfər və dörd texnika var. Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri də hava şəraiti imkan verərsə, yola düşməyə hazırdır.
"İzvestiya"dakı mənbənin məlumatına görə, Qaraçay-Çərkəzdə itkin düşən turistlər 24 və 25 yaşlı qızlarlardır.
QAZİLER.AZ



