Ukrayna insanların həyatınılarını xilas etmək və təhlükəsizliyi bərpa etmək üçün Rusiya ilə atəşkəs istəyir. Əgər atəşkəs qarşılıqlı olarsa, müddəti uzadıla bilər.
Qaziler.az bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kirill Budanov Telegram-da məlumat yayıb.
Budanovun sözlərinə görə, Kiyevin təklif etdiyi atəşkəs Ukrayna tərəfinin konkret tarixlərlə deyil, insanların həyatını və təhlükəsizliyini qorumaq naminə sülh yaratmaq üçün səmimi istəyini nümayiş etdirir.
"Əgər prezidentin elan etdiyi atəşkəs qarşılıqlı olarsa, biz onu davam etdirəcəyik. Və bu, nə qədər kiçik olsa da, bizə davamlı sülhün bərqərar olması üçün ümid verəcək", - Prezident Administrasiyasının rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Prezident Vladimir Zelenski bu addımla dünyaya müharibəyə son qoymaq sadiqliyini nümayiş etdirib. İndi Rusiya növbəti addımı atmalıdır.
QAZİLER.AZ



