Ukraynanın Çeboksarıya hücumunda xəsarət alanların sayı 34-ə çatıb

Ukraynanın Çeboksarıya hücumunda xəsarət alanların sayı 34-ə çatıb backend

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Çeboksarıda hücumu nəticəsində xəsarət alanları sayı 34-ə çatıb.

Bu barədə mayın 5-də Çuvaş Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

 "Məlumatlar aktualdır. Dəyişir. 34 nəfər yaralanıb", - RİA Novosti nazirliyin açıqlamasına istinadən bildirib.

Nazirlik həmçinin hadisə nəticəsində iki nəfərin öldüyünü qeyd edib.

Elə həmin gün regionun baş naziri Sergey Artamonov USQ-nın hücumu ilə əlaqədar respublikada fövqəladə vəziyyət elan etməyi təklif edib.

QAZİLER.AZ