İstanbulda əyləci sıradan çıxan yük maşını 8 nəqliyyat vasitəsinə çırpıldı

İstanbulda əyləci sıradan çıxan yük maşını 8 nəqliyyat vasitəsinə çırpıldı backend

İstanbulun Bağcılar rayonunda əyləci sıradan çıxan yük maşını altı avtomobilə və iki mikroavtobusa çırpıldıqdan sonra dayana bilib.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, İstanbulun "Şəhid Yılmaz Kağan" küçəsindəki su şirkətinə məxsus yük maşınının sürücüsü nəqliyyat vasitəsini iş yerinin qarşısında saxlayıb. Yük maşını iki gün orada dayanıb və bu müddət ərzində naməlum səbəbdən əyləcləri sıradan çıxıb.

Yük maşını hərəkətə keçib, yolda dayanmış nəqliyyat vasitələrinə çırpılıb, təxminən 50 metr sürüyərək bir mikroavtobus və bir avtomobili sürüdükdən sonra nəhayət dayana bilib.

Qəza nəticəsində 6 avtomobil, 2 mikroavtobus və bir yük maşını zədələnib.

Hadisə zamanı yolda və ya nəqliyyat vasitələrində heç kimin olmaması ola biləcək ölüm hadisəsinin və ya xəsarət almanın qarşısını alıb.

QAZİLER.AZ