Slovakiyanın Baş naziri Robert Fitso 9 mayda Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırdığını açıqlayıb.
Qaziler.az bildirir bu barədə TASR məlumat yayıb.
Fitso 9 mayda Rusiyaya səfər edəcək. Slovakiya Baş nazirinin sözlərinə görə, o, Moskvada "Naməlum əsgər"in məzarına gül qoyacaq və Putinlə qısa görüş keçirəcək, lakin hərbi paradda iştirak etməyəcək.
"Bu, əvvəlki formatla (səfərin – red.) eyni olacaq", - deyə o bildirib.
QAZİLER.AZ



