Türkiyədə qar yağıb.
Qaziler.az bildirir ki, bu barədə "Milliyet" xəbər verir.
Türkiyə mediasının məlumatına görə, İstanbul və Ankara arasında mühüm tranzit yollarından biri olan Bolu dağlarında yerləşən D-100 avtomobil yolunun bir hissəsində qar yağmağa başlayıb.
Gecə saatlarında magistral yola yağan güclü yağış səhər saatlarında qar yağışına çevrilib.
Qar Ankara ərazisindəki Anadolu şossesində nəqliyyatın hərəkətinə təsir göstərir. Dünən gecədən bəri davam edən qar yağışı fasilələrlə nəqliyyatın hərəkətində pozuntulara səbəb olur.
Təcili yardım xidmətləri Çankurtaran rayonunda baş verən qəzalara müdaxilə edir. Yol işçiləri həmçinin magistral yolun Ankara ilə İstanbul arasındakı hissəsinə duz tökürlər.
Adanada və Pozantıda da qar yağışı qeydə alınıb.
QAZİLER.AZ



