Rusiyanın bu bölgəsində Qələbə Günü paradı ləğv edildi

Rusiyanın bu bölgəsində Qələbə Günü paradı ləğv edildi backend

Qusev Voronejdə Qələbə Günü paradının ləğv olunduğunu deyib.

Qaziler.az bildirir ki, vilayət qubernatoru Aleksandr Qusev MAKS messenceri vasitəsilə elan edib ki, 9 may hərbi paradı terror hücumları təhlükəsi səbəbindən Voronejdəki Lenin meydanında keçirilməyəcək. O qeyd edib ki, ənənəvi Qələbə Günü tədbirləri böyük izdihamı əhatə edir..

"Ənənəvi Qələbə Günü tədbiri Voronejin əsas meydanında keçiriləcək hərbi paraddır. Lakin bu il təhlükəsizlik tədbirlərini gücləndirməli və paradı ləğv etməliyik. Heç bir riskə gedə bilmərik, çünki paradlar həmişə böyük izdihamı cəlb edir və bu da düşmənin təxribat törətmək həvəsini artırır", - qubernator deyib.

Qusev qeyd edib ki, bayram tədbirləri bələdiyyələrdə keçiriləcək. Buraya əklil qoymaq mərasimləri və vətənpərvərlik tədbirləri də daxil olacaq.

Vilayət qubernatoru həmçinin qeyd edib ki, bölgə Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsini mütləq yad edəcək.

QAZİLER.AZ