Türkiyənin Mersin şəhərinin Bozyazı rayonunda ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya aparılan iki bacı-qardaş həyatını itirib, ana və ataları isə müalicə üçün xəstəxanaya yerləşdirilib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Tekmen məhəlləsindəki evdə Ebru, əri Musa və uşaqları Azra və Ömər Səlim Tülünün naməlum səbəbdən halı pisləşib.
Məlumatdan sonra ünvana 112 Təcili Tibbi Yardım Xidməti və polis qrupları göndərilib.
Ürəkbulanma və qusma şikayətləri ilə Bozyazı Dövlət Xəstəxanasına aparılan iki bacı-qardaş vəfat edib. Ana və ata ilkin müalicədən sonra Mersin Şəhər Xəstəxanasına köçürülüblər.
Evdəki araşdırmalar davam etdirilir.
Karamanda yaşayan ailənin tətilini Bozyazıda qohumlarını ziyarət etmək üçün keçirdiyi öyrənilib.
QAZİLER.AZ



