Türkiyənin Şanlıurfa şəhərinin Birecik rayonunda işçiləri yuxarı mərtəbəyə qaldıran səyyar liftin düşməsi nəticəsində bir işçi ağır yaralanıb. Digər bir işçi isə düşmə zamanı balkon barmaqlıqlarından yapışaraq bir neçə dəqiqə xilas edilməsini gözləyib.
Meydan Məhəlləsində xarici üzlük işi qaldıran lift 5-ci mərtəbədən düşüb.
Hadisə nəticəsində işçilərdən biri ağır yaralanıb. Digər işçi balkon barmaqlıqlarından yapışaraq havada asılı qalmağı bacarıb.
Məlumatdan sonra hadisə yerinə xilasetmə və tibbi qruplar göndərilib. Xilasedicilər havada asılı qalan işçini xilas etmək üçün balkon barmaqlıqlarını kəsiblər.
Yaralı işçilər ilkin tibbi yardımdan sonra Birecik Dövlət Xəstəxanasına aparılıblar.
İşçilərdən birinin vəziyyətinin ağır olduğu öyrənilib.
Hadisə ilə bağlı araşdırma başlanıb.
QAZİLER.AZ



