Rusiyanın cənubundakı hava limanı təyyarələrin gəlişinə və uçuşuna məhdudiyyətlər tətbiq edib. Söhbət Soçi hava limanından gedir.
Qaziler.az bildirir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin sözçüsü Artem Korenyako özünün Telegram kanalında məlumat verib.
Məhdudiyyət yerli vaxtla saat 19:15-dən tətbiq edilir.
Daha sonra Krasnodar hava limanı bölgədəki hava limanlarının bağlanması səbəbindən cədvəldə mümkün dəyişiklik elan edib. Məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu aydınlaşdırılıb.
QAZİLER.AZ



