Kiyev Moskvadan rəsmi təklif alıbmı?
Ukrayna Rusiyadan 9 may üçün heç bir rəsmi atəşkəs təklifi almayıb. Moskvanın açıqlamaları ABŞ-ın xoşuna gəlmək üçün daha bir cəhddir.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, xarici işlər naziri Andrey Sibiqa bunu jurnalistlərlə görüşündə bildirib.
Nazir Rusiyanın 9 mayda atəşkəs elan etməsinə münasibət bildirərək bunu "daha bir manipulyasiya" adlandırıb.
"Bu, rusiyalıların amerikalıların xoşuna gəlmək üçün daha bir cəhddir. "Konstruktivizmin hansısa elementlərini" göstərməkdir. Ukrayna prezidenti açıq şəkildə bildirib ki, bu günə qədər Ukrayna tərəfi onlardan heç bir təklif almayıb", - deyə o vurğulayıb.
QAZİLER.AZ



