Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA Kursk vilayətinin Rılsk rayonunda rəqəmsal televiziya və radio yayım qülləsinə hücum edib.
Qaziler.az bildirir ki, bu barədə mayın 1-də regional qubernator Aleksandr Xinşteyn bildirib.
"Obyekt tamamilə sıradan çıxarılıb", - Xinşteyn "Max" kanalında yazıb.
Regional qubernatorun sözlərinə görə, bütün Rılsk rayonu, eləcə də Qluşkovski, Korenevski və Lqovski rayonlarındakı bəzi yaşayış məntəqələri televiziya xidmətindən məhrum olub.
QAZİLER.AZ



