Cinayətkarların 18 yaşlı gənclərdən ibarət bir qrup olduğu məlum olub.
Ukraynanın Lvov şəhərində Cövhər Dudayevin xatirə lövhəsi oğurlanıb. Lövhə şəhər mərkəzindəki binanın üzərinə qoyulub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Lvov regional polisinin mətbuat xidmətinin Facebook paylaşımına istinadən məlumat yayıb.
Ukraynalılara bildirilib ki, 1 may cümə günü səhər saat 7:25 radələrində polis Lvov şəhərinin mərkəzindəki bir binanın fasadından xatirə lövhəsinin oğurlanması barədə məlumat alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış əşyanın Çeçenistan İçkeriya Respublikasının ilk prezidenti Coxar Dudayevin xatirə lövhəsi olduğunu müəyyən ediblər.
Lvov vilayət polisinin mətbuat xidməti bildirib ki, Cövhər Dudayevin xatirə lövhəsini oğurlayan cinayətkarlar saxlanılıb.
Qeyd edilib ki, onlar Nikolaev vilayətinin üç 18 yaşlı sakini olublar.
Gəncləri beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
"Məhkəməyəqədərki istintaq davam edir", - deyə polis bildirib.
QAZİLER.AZ



