Ukrayna paytaxtında naməlum kişi atəş açıb.
Qaziler.az bildirir ki, Kiyev polisinin mətbuat xidməti bu barədə mayın 1-də məlumat verib.
"Svyatoşinski Polis İdarəsinə "Volkswagen Caddy" markalı avtomobildə olan naməlum kişinin Mextı küçəsində bir neçə dəfə atəş açdığı barədə məlumat daxil olub", - məlumatda deyilir.
İlkin məlumatlara görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. Hüquq-mühafizə orqanları hazırda cinayətkarı axtarır.
Bundan əlavə, "Insider" nəşrinin məlumatına görə, atəşə tutulan avtomobildə bir qadın və uşaq olub.
QAZİLER.AZ



