Qazaxıstanın paytaxtı Astana şəhər polisi qazaxıstanlıları ictimai yerlərdə şampan şərabı ilə bağlı trend videoların nəticələri barədə xəbərdarlıq edib.
Qaziler.az bildirir ki, bu barədə Tengrinews.kz məlumat verir.
Söhbət sosial şəbəkələrdə qızların küçədə köpüklü şərabı (şampan) effektli şəkildə açaraq "çiləmə fontanı" yaratdıqları estetik videolar çəkməsi trendindən gedir.
Bu trendin artıq təxminən iki yaşı olsa da, Qazaxıstanda bu cür videolar yalnız bu yaxınlarda aktiv şəkildə çəkilməyə başlanılıb. Bununla belə, polis xəbərdarlıq edir: "bəyənmə" (layk) ardınca qaçarkən təkcə yeni izləyicilər deyil, həm də cərimə qazanmaq olar.
Qazaxıstan paytaxtının polis departamenti bildirib ki, "son vaxtlar sosial şəbəkələr üçün kontent xatirinə vətəndaşların ictimai davranış normalarına məhəl qoymadığı və qanunu pozduğu hallar çoxalıb".
Polis artıq Astana şəhərinin iki sakininin bu cür videolara görə məsuliyyətə cəlb edildiyini qeyd edib.
QAZİLER.AZ



