Ukrayna Avropa istiqamətində diplomatik prioritetlərini müəyyən edib və Xarici İşlər Nazirliyində və səfirliklərdə kadr qərarları hazırlayır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Prezidenti Vladimir Zelenskinin Telegram-dakı məlumaına istinadən məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, xarici işlər naziri Andriy Sibiqa ilə görüşdə onlar gələn ay üçün gözlənilən diplomatik nəticələri müzakirə ediblər.
Tərəflər həmçinin Xarici İşlər Nazirliyi və Ukrayna səfirlik korpusu daxilində müəyyən kadr məsələlərinin həlli barədə razılığa gəliblər və beynəlxalq təşkilatlarda səsvermə üçün mövqeləri müəyyən ediblər.
QAZİLER.AZ



