Kobaxidze BƏƏ-nin xarici işlər üzrə dövlət naziri ilə görüşüb

Kobaxidze BƏƏ-nin xarici işlər üzrə dövlət naziri ilə görüşüb backend

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Səid Əl-Haceri ilə görüşüb.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Gürcüstan hökumət administrasiyasının məlumatına görə, görüşdə Gürcüstan və BƏƏ arasında sıx və sürətlə inkişaf edən münasibətlər müzakirə olunub.

"BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanın ötən il ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi üçün səfərinin əhəmiyyəti xüsusilə qeyd edilib.

Görüşdə həmçinin iqtisadi və investisiya əməkdaşlığı, eləcə də vizasız səyahətin və Gürcüstanla BƏƏ arasında ticarət və investisiyaların daha da stimullaşdırılması üçün iqtisadi tərəfdaşlıq müqaviləsinin əhəmiyyəti müzakirə olunub. Ölkənin davamlı iqtisadi artımına əhəmiyyətli dərəcədə töhfə verəcək Eagle Hills şirkətinin 6,6 milyard dollarlıq investisiyasının əhəmiyyəti xüsusilə vurğulanıb", - məlumatda deyilir.

QAZİLER.AZ