Makron həyat yoldaşı ilə birlikdə Ermənistana gedəcək - VİDEO

Makron həyat yoldaşı ilə birlikdə Ermənistana gedəcək - VİDEO backend

Fransa prezidenti Emmanuel Makron 72 yaşlı həyat yoldaşı Bricit Makronla birlikdə Ermənistana gedəcək.

Qaziler.az bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan canlı yayımda məlumat verib.

Xatırladaq ki, Makronlar mayın 3-dən 5-dək respublikaya üç günlük səfər edəcəklər.

Emmanuel Makron əvvəlcə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək. Daha sonra Makron və Paşinyan şəxsən görüşəcək, geniş görüşlər keçirəcək və sonra birgə mətbuata bəyanatlarla  çıxış edəcəklər.

Səfərdən sonra iki liderin strateji tərəfdaşlıq haqqında sənəd imzalaması gözlənilir.

QAZİLER.AZ