Hakan Fidan yunan həmkarı ilə telefonla danışıb

Hakan Fidan yunan həmkarı ilə telefonla danışıb backend

Türkiyə xarici işlər naziri Hakan Fidan Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritis ilə telefon danışığı aparıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.

Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, xarici işlər naziri Hakan Fidan Yunanıstan xarici işlər naziri Yorqos Qerapetritis ilə telefonla danışıb.

Telefon danışığı zamanı İsrailin "Qlobal Sumud Donanması"na hücumu müzakirə olunub.

Xatırladaq ki, Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda hücum edilib və Türkiyə XİN bununla bağlı bəyanat verib:

"Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır", bəyanatda bildirilib və əlavə olunub ki, Qəzza sakinlərinin yaşadığı humanitar fəlakətə diqqət çəkməyə çalışan donanmaya hücum beynəlxalq hüquqa ziddir.

QAZİLER.AZ