Bu gün Zahedan şəhərində naməlum silahlı şəxslər hərbçilərə məxsus avtomobilə atəş açıblar.
Qaziler.az xəbər verir ki, bu barədə “Halvəş” Teleqram kanalı məlumat yayıb.
Kanalın yazdığına görə, hadisə səhər saatlarında, Şirabad qəbiristanlığı yaxınlığında baş verib.
Məlumata görə, hücum zamanı avtomobildə olan təhlükəsizlik əməkdaşları hədəf alınıb.
Sistan və Bəluçistan əyalətinin polis məlumat mərkəzi hadisəni təsdiqləyib.
Nəticədə bir hərbçi Məhəmmədrza Nezamdust həlak olub, daha üç təhlükəsizlik əməkdaşı isə yaralanıb.
Hücumdan sonra əraziyə əlavə qüvvələr cəlb olunub, Şirabad bölgəsinə aparan yollar bağlanıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
QAZİLER.AZ



