Rusiya yeni hücum əməliyyatlarına başlamağı planlaşdırır - Zelenski

Rusiya yeni hücum əməliyyatlarına başlamağı planlaşdırır - Zelenski backend

Cəbhədə çox böyük itkilərə baxmayaraq, Rusiya səfərbərliyini genişləndirməyə və yeni hücum əməliyyatlarına başlamağa hazırlaşır.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşçenkonun hesabatından sonra dövlət başçısı vurğulayıb ki, hətta rusiyalıların özləri də siyasi rəhbərliyinin tapşırığını yerinə yetirə bilmədiklərini etiraf edirlər.

"Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun hücum potensialının məhv edilməsini təmin edir və işğalçıların düzəlməz itkiləri artıq ümumi itkilərinin təxminən 60%-ni təşkil edir", - Zelenski vurğulayıb.

O əlavə edib ki, təcavüzkar ölkənin siyasi rəhbərliyi, həddindən artıq itkilərə baxmayaraq, daha çox hücum planlaşdırır və Rusiya Federasiyasında səfərbərliyi genişləndirməyə hazırlaşır.

QAZİLER.AZ