"Mahan Air" aviaşirkətinin Moskvaya uçan təyyarəsi fevralın 26-dan bəri ilk dəfə olaraq İranın Tehran şəhərindən havaya qalxıb.
Qaziler.az xəbər verir ki, bu barədə "RİA Novosti" paytaxtın "Şeremetyevo" hava limanının məlumat xidmətinə istinadən xəbər verir.
Reys Moskva vaxtı ilə saat 09:18-də hava limanının C terminalına enməli idi. Təyyarələr Tehrandakı İmam Xomeyni adına Beynəlxalq Hava Limanından (IKA) uçuşlar həyata keçirir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması ilə əlaqədar İranda hava nəqliyyatı dayandırılmışdı.
QAZİLER.AZ



