Lavrov Putin-Əraqçi danışıqlarını bir kəlmə ilə qiymətləndirdi - VİDEO

Lavrov Putin-Əraqçi danışıqlarını bir kəlmə ilə qiymətləndirdi - VİDEO backend

Lavrov Putinlə Əraqçi arasındakı danışıqları "faydalı" adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinlə İranın xarici işlər naziri Abbas Əraqçi arasında aparılan danışıqların faydalı olduğunu bildirib.

Qaziler.az bildirir ki, RİA Novosti agentliyinin məlumatına görə, görüş 27 aprel Bazar ertəsi günü Sankt-Peterburqda baş tutub.

"Faydalıdır", - deyə Lavrov bildirib.

Xatırladaq ki, bu gün Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin və İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilir.

Rusiya tərəfdən görüşdə XİN başçısı Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak edir.

İran nümayəndə heyətinin tərkibinə Əraqçi il yanaşı, İran XİN başçısının müavini Kazım Qərib-Abadi və İranın Moskvadakı səfiri Kazım Cəlali daxildir.

QAZİLER.AZ