Rusiyada avtobus və yük maşınının iştirakı ilə ağır qəza baş verib

Rusiyada avtobus və yük maşınının iştirakı ilə ağır qəza baş verib backend

Leninqrad vilayətində avtobusun yük maşını ilə toqquşması nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

Leninqrad vilayətinin Qatçina rayonunda sərnişin avtobusu yarımqoşqulu yük maşını ilə toqquşub.

Qaziler.az bildirir ki, bu barədə "Şimal-Qərb" Yolları İdarəsinin mətbuat xidməti məlumat verib.

Qəza nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır.

"Qəza Qatçina rayonunda baş verib. Yaralananlar arasında biri uşaq var. Beşinin vəziyyəti ağırdır. Nəqliyyatın hərəkəti tamamilə dayandırılıb", - məlumatda deyilir.

QAZİLER.AZ