Lukaşenko qubernatorları hədələdi

Lukaşenko qubernatorları hədələdi backend

Lukaşenko qubernatorları mineral gübrələrin pis saxlanması ilə bağlı hədələyib.

Belarusda mineral gübrələrin qorunmasını lazımi səviyyədə təmin etməyən regional qubernatorların bir ayağı həbsxanadadır.

Qaziler.az bildirir ki, bu barədə 24 apreldə Belarus lideri Aleksandr Lukaşenko bildirib.

"Qubernatorları bir daha xəbərdar etmək istəyirəm ki, sonra sizinlə xoşagəlməz söhbətlərimiz olmasın — əgər Dövlət Nəzarəti Komitəsi mənə məruzə etsə (artıq məruzə ediblər ki, problemlər var, həm də gübrələrin saxlanılması ilə bağlı kifayət qədər böyük problemlər var), söhbətlərimiz çox xoşagəlməz olacaq. Uşaqlar, sizin bir ayağınız artıq həbsxanadadır", — deyə Lukaşenko "Pul Pervogo" Telegram kanalında yayımlanan videoda bildirib.

QAZİLER.AZ