İranın paytaxtı Tehrandakı İmam Xomeyni adına Beynəlxalq Hava Limanı (IKA) təxminən iki aylıq fasilədən sonra aprelin 25-dən fəaliyyətə qayıdacaq.
Qaziler.az TASS-a istinadla cəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, bu hava limanı Moskva və dünyanın digər ölkələrindən gələn reyslərə xidmət göstərir. Fasilədən sonra ilk təyyarələr Tehrandan İstanbul və Maskata uçacaq.
Bildirilib ki, İranın paytaxtına iki əsas hava limanı xidmət göstərir: İmam Xomeyni adına Beynəlxalq Hava Limanı və Mehrabad Hava Limanı. İkinci hava limanı daxili reyslərə xidmət edir.
QAZİLER.AZ



