Özbəkistanın Buxara şəhərində özəl klinikalardan birində adi müalicə faciə ilə nəticələnib: 11 yaşlı oğlan seftriakson vurulduqdan sonra dünyasını dəyişib.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, uşaq anafilaktik şok nəticəsində komaya düşüb və 13 gün sonra ayılmadan vəfat edib.
Klinika rəhbərliyinin valideynlərə meyitin yarılmasından və ekspertizadan imtina etmələri müqabilində 30 min dollar təklif etdiyi bildirilir.
QAZİLER.AZ



