Aprelin 23-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Birliyinin (AB) Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbul edilməsi ilə bağlı istehzalı şərh verib.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" yazıb.
O qeyd edib ki, məhdudiyyətlər reper Timatiyə (Timur Yunusov), Ermitaj direktoru Mixail Piotrovskiyə, Moskva Fizika və Texnologiya İnstitutuna, "Qazprom flotu"na və digərlərinə təsir edib.
Diplomatın sözlərinə görə, Aİ-nin seçimini yalnız teleaparıcı Vladimir Solovyov təsvir edə bilər.
"Bu vəziyyətdə düzgün sözləri tapa bilən yeganə insan Vladimir Solovyovdur. Qardaş, məni məyus etmə", - Zaxarova özünün Teleqramında yazıb.
QAZİLER.AZ



