Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə harasa getmək, hansısa demarş etmək niyyətində olmadığını yazıb. Çünki o, buunun ikinci dərəcəli, tamamilə yersiz sual hesab edir.
Qaziler.az bildirir ki, bu barədə apsny.ge xəbər verir.
Saakaşvili həmçinin bildirib ki, "kürəyindən bıçaqlanma"nı qəbul etmək niyyətində də deyil.
"Bugünkü diktator Gürcüstana fəth edilmiş bir ölkə kimi yanaşır - torpaqları alır, talan edir və alçaldır, xalqı kölələşdirir və vətənpərvərləri həbs edir. Və bu işğalçıya qarşı bu qəddar və barışmaz mübarizədə artıq heç kimi məmnun etmək və ya heç kimə layiq olmadığı mükafatlar vermək niyyətində deyiləm.
Həmçinin kürəyimdən bıçaqlanmaya dözmək niyyətində deyiləm. Və başqasının mənim üçün müəyyən etdiyi qaydalara uyğun hərəkət etmək niyyətində dədeyiləm. Mən heç vaxt belə etməmişəm və heç kimə də bunu etməyi məsləhət görmürəm", - Saakaşvili yazıb.
QAZİLER.AZ



