Rusiya Krivoy Roq vağzalına zərbə endirib

Rusiya Krivoy Roq vağzalına zərbə endirib backend

Rusiya işğalçıları Krivoy Roqda dəmir yolu infrastrukturuna hücum ediblər. Zərbə nəticəsində itki olmayıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna "Ukrzaliznitsya"nın bəyanatına istinadən məlumat yayıb.

"Xoşbəxtlikdən, heç kim xəsarət almayıb. Hücumdan əvvəl yüksək səviyyəli xəbərdarlıq elan edilib və insanlar gizləniblər", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, düşmən zərbəsi stansiyaya kiçik ziyan vurub. Xüsusilə, partlayış dalğası bir neçə pəncərə və qapını zədələyib.

"Ukrzaliznitsa" xidmətin tezliklə bərpa olunacağını bildirib və vətəndaşları diqqətli olmağa və dəmir yolu işçilərinin təlimatlarına əməl etməyə çağırıb.

QAZİLER.AZ