Aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin dövlət mükafatlandırma mərasimindən sonra qeyri-rəsmi şəraitdə boks çempionatlarının qalibləri ilə görüşüb.
Mərasim Kremlin Yekatrina zalında baş tutdu. Rəsmi mərasimdən sonra dövlət başçısı əlində bir qədəh şampan ilə idmançılarla söhbət edib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Rusiya lideri hər bir iştirakçıya diqqət təbrik edib və onlara uğurlarının davamını arzulayıb.
Həmin gün mükafatlandırılanlar arasında dünya boks çempionları Petr Yan və Dünya Boks Assosiasiyasının (WBA) dünya çempionu və həvəskarlar arasında dünya çempionu Müslüm Qadzimaqomedov da olub. Beynəlxalq Boks Federasiyasının (IBA) rəhbəri Umar Kremlev də prezidentdən dövlət mükafatı alıb.
QAZİLER.AZ



