Yeni doğulmuş qızını 4000 dollara satmağa cəhd edən kişi saxlanılıb - VİDEO

Yeni doğulmuş qızını 4000 dollara satmağa cəhd edən kişi saxlanılıb - VİDEO backend

Özbəkistanda şübhəli şəxs alıcıdan 800 dollar alarkən həbs edilib.

Buxara Regional Daxili İşlər İdarəsinin əməliyyat-axtarış xidməti əməkdaşları tərəfindən aprelin 6-da keçirilən əməliyyat tədbiri nəticəsində uşaq satmaq cəhdinin qarşısı alınıb.

Qaziler.az bildirir ki, bu barədə regional Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat verib.

Müəyyən edilib ki, Buxara rayonunun 18 yaşlı sakini həmin vaxt üç gündən az olan yeni doğulmuş qızını satmağa cəhd edib. İstintaq məlumatına görə, gənc adam uşağı üçün 4000 dollar qiymət təyin edib.

Şübhəli real alıcıdan razılaşdırılmış məbləğin bir hissəsini - 800 dolları alarkən cinayət başında yaxalanıb.

Özbəkistan Respublikası Cinayət Məcəlləsinin 135-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi (İnsan alveri) ilə cinayət işi açılıb və istintaq hərəkətləri davam etdirilir.

QAZİLER.AZ