Bu gün Macarıstan və Slovakiya neft tədarükü bərpa olunmazsa, Ukraynaya elektrik enerjisi təchizatını dayandırmaqla hədələyibilər. Kiyev də öz növbəsində bu ultimatumları və şantajı rədd edib və pisləyib, Kreml üçün şərtlər qoyulmasını tələb edib.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin saytında bildirilib.
Xarici İşlər Nazirliyi vurğulayıb ki, Rusiyanın şaxtalarda Ukraynanın enerji sektoruna kütləvi zərbələri kontekstində Macarıstan və Slovakiya hökumətlərinin bu cür hərəkətləri təxribat xarakterli, məsuliyyətsizdir və bütün regionun enerji təhlükəsizliyini təhdid edir.
Beləliklə, Budapeşt və Bratislava təkcə təcavüzkarla əlbir olmaqla kifayətlənmir, həm də kommersiya əsasında enerji təchiz edən öz enerji şirkətlərinə zərər verirlər.
QAZİLER.AZ



