Türkiyə İrana növbəti tibbi yardım göndəriləcək.
Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu məlumat verib.
Səhiyyə naziri Kamal Memişoğlu aprelin 24-də Gürbulak Sərhəd Keçid məntəqəsindən İrana dərman və tibbi ləvazimatlarla dolu altı yük maşınından ibarət karvanın göndəriləcəyini açıqladı.
Nazir Memişoğlu sosial media hesabında verdiyi açıqlamada "Sağlamlığın qorunmasının müqəddəs olduğuna inanırıq" - deyib.
"Bu dərin kök salmış həmrəylik ruhu ilə dərman və tibbi ləvazimatlarla dolu 6 yük maşınından ibarət yardım karvanımız aprelin 24-də Gürbulak sərhəd keçidindən keçəcək və qonşumuz İrana çatacaq. Sərhədləri aşan xeyirxahlıq hərəkatı ilə köməyə ehtiyacı olan hər kəsi dəstəkləməyə davam edəcəyik. Qoy yolumuz qardaşlıq yolu, yükümüz şəfa olsun".
QAZİLER.AZ



