Ukrayna Silahlı Qüvvələri Krıma hücum edib

Ukrayna Silahlı Qüvvələri Krıma hücum edib backend

Rusiya Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Krım, Kursk və Belqorod vilayətləri üzərində doqquz Ukrayna PUA-sını vurduğunu bildirib.

Ukrayna Silahlı Qüvvələri (USQ) Krıma pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücum edib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram-da məlumat yayıb.

İdarədən verilən məlumata görə, Kursk və Belqorod bölgələri də zərbələrə məruz qalıb. Ümumilikdə, hava hücumundan müdafiə vasitələri Moskva vaxtı ilə saat 17:00 ilə 20:00 arasında doqquz dronu məhv edib.

Daha əvvəl Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, dünən gecə Taqanroqda və bölgənin digər 11 rayonunda 40-dan çox dron vurulub. Heç kim xəsarət almayıb, lakin dəymiş zərər qeydə alınıb.

QAZİLER.AZ