Ölkə prezidenti bildirib ki, Ukrayna Silahlı Qüvvələri düşmənin planlarını və prioritetlərini anlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hərbi rəhbərliyinin Rusiya ordusunun planlarını hərtərəfli təhlil etdiyini və artıq əlavə əks tədbirlər müəyyən etdiyini bildirib.
Qaziler.az bildirir ki, bu barədə Zelenski Telegramdakı paylaşımında yazıb.
Dövlət başçısının sözlərinə görə, Ukrayna komandanlığı düşmənin niyyətləri və əsas prioritetləri barədə tam məlumata malikdir. Əldə edilən məlumatlar onlara cəbhədə gələcək fəaliyyətlər üçün konkret qərarlar qəbul etməyə imkan verir.
“Bu gün hərbçilərlə ətraflı müzakirə apardıq – Baş Komandan Sırski və Baş Qərargah rəisi Qnatov məlumat verdilər. Rusiya ordusunun planlarını və prioritetlərini başa düşürük: müvafiq xəritələrimiz var. Təfərrüatlar da var. Bunun üçün qüvvələr və resurslar müəyyən edilib”, - deyə prezident qeyd edib.
QAZİLER.AZ



