Ukrayna həm heyət, həm də maliyyələşdirmə baxımından müdafiə qüvvələrini daha yaxşı motivasiya etmək üçün həllər hazırlayır.
Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.
Dövlət başçısı Ukraynanın müdafiə naziri Mixaylo Fedorov və hərbi komandanlıqla hərbi motivasiya ilə bağlı müzakirənin nəticələri barədə məlumat verib.
"Hərbi qüvvələrimizi daha yaxşı motivasiya etmək üçün görüləsi işlər var - həm ştat vahidləri baxımından, həmçinin ordunun əlavə maliyyələşdirilməsi üçün həll yolları axtarılır. Qərarlar hazırlanır", - Ukrayna prezidenti vurğulayıb.
QAZİLER.AZ



