İrakli Çikovani ilə yanaşı, Maka Boçorişvili və Mamuka Mdinaradze də Gürcüstanın Baş nazirinin müavini vəzifəsini tutacaqlar.
Qaziler.az bildirir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
"Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili baş nazirin müavini təyin ediləcək, yəni hökumətin üç baş nazirinin müavini olacaq", - İrakli Kobaxidze deyib.
Bundan əlavə, Gürcüstan hökumətinə Hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsi əlavə olunacaq və bu vəzifəni Mamuka Mdinaradze tutacaq.
Geka Geladze Dövlət Təhlükəsizlik Xidmətində Mamuka Mdinaradzeni əvəz edəcək.
QAZİLER.AZ



