Batumidə avtobusların qiyməti artıb

Batumidə avtobusların qiyməti artıb backend

21 aprel tarixindən etibarən Batumidə bir neçə marşrutda gediş haqqı 70-dən 80 tetriyə qaldırılıb.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, artım hazırda bir neçə marşruta təsir göstərir.

Daşıyıcıların sözlərinə görə, qərar artan xərclərlə bağlıdır:

"Artım yanacaq qiymətlərinin artması ilə bağlıdır və digər xərclər də artıb. Biz uzun müddət artımın qarşısını almağa çalışdıq, amma sonda bu addımı atmağa məcbur olduq. Marşrutların işləməsi çətinləşib", - Sonago şirkətinin direktoru Nuqzar Partenadze bildirib. 

Nəşr xatırladır ki, bələdiyyə avtobuslarında da gediş haqqı bu ilin əvvəlində 30-dan 70 tetriyə qaldırılıb.

QAZİLER.AZ