Moskva Leninin mavzoleyi ilə bağlı gözlənilməz qərar verib

Moskva Leninin mavzoleyi ilə bağlı gözlənilməz qərar verib backend

Moskvadakı Leninin mavzoleyi 23 aprel - 17 maya qədər ziyarətçilər üçün bağlı olacaq.

Qaziler.az bildirir ki, Rusiya Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TASS-a verilən məlumata görə, Moskvanın Qırmızı Meydanındakı Leninin mavzoleyi müvəqqəti olaraq ziyarətçilər üçün bağlanacaq.

Bu barədə Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məkan 23 apreldən 17 maya qədər bağlı olacaq.

"2026-cı il aprelin 23-dən may ayının 17-dək ziyarətçilərin Lenin mavzoleyinə və ya Kreml divarının yaxınlığındakı nekropola girməsinə icazə verilməyəcək", - məlumatda deyilir.

QAZİLER.AZ