Türkiyənin Ədirnə vilayətində ağac emalı fabrikində yanğın baş verib. Yanğınsöndürənlər alovu söndürmək üçün mübarizə aparırlar
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
İpsala rayonunun Paşaköy kəndindəki ağac emalı fabrikində naməlum səbəbdən yanğın baş verib.
Məlumatdan sonra əraziyə yanğınsöndürmə briqadaları, tibbi briqadalar və jandarma göndərilib. Ətraf rayonlardan yanğınsöndürmə briqadaları da yanğınsöndürmə işlərinə kömək edir.
Briqadalar yanğını söndürmək üçün səylərini davam etdirirlər.
QAZİLER.AZ



