Rusiyanın xalq artisti Sergey Stadler 63 yaşında vəfat edib.
Rusiyanın Xalq Artisti, skripkaçı və dirijor Sergey Stadler 63 yaşında qəflətən vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə 20 apreldə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov məlumat verib.
Musiqiçi karyerası ərzində 90-dan çox ölkədə çıxış edib.
O, Rusiya Simfonik Orkestrinin, Sankt-Peterburq Konservatoriyasının Opera və Balet Teatrının və Yekaterinburq Opera və Balet Teatrının baş dirijoru olub.
Stadler həmçinin Leninqrad və Moskva Konservatoriyalarında, eləcə də Sankt-Peterburq Dövlət Universitetində dərs deyib.
QAZİLER.AZ



