Aprelin 19-da Rusiya təhlükəsizlik qüvvələri Təl-Əvivdən Moskvanın Domodedovo hava limanına çatan ən azı 40 İsrail vətəndaşını saxlayıb.
Qaziler.az bildirir ki, bu barədə "Mediazona"ya hadisənin təfərrüatları ilə tanış olan mənbə məlumat verib.
Saxlanılanlar arasında ikili vətəndaşlığı olanlar - İsrail və Rusiya vətəndaşları, eləcə də Rusiya pasportu olmayan israillilər olub.
İsrail vətəndaşları dindirilib. Bir neçə nəfər İranla müharibədə ittiham edilib.
Söhbət zamanı saxlanılanlara İranın Rusiyanın müttəfiqi və İranın düşməninin "bizim də düşmənimiz" olduğu bildirilib. Təhlükəsizlik qüvvələri İsrail vətəndaşlarının Moskvaya gəlməsindən "məmnun olmadıqlarını" və "nahaq yerə gəldiklərini" bildiriblər.
Saxlanıldıqdan təxminən beş saat sonra İsrail vətəndaşları sərbəst buraxılıb.
QAZİLER.AZ



