Soçidə 3,7 bal gücündə zəlzələ baş verib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Krasnodar diyarının Təbii və Texnogen Fövqəladə Halların Monitorinqi və Proqnozlaşdırılması Mərkəzinin məlumatına görə, Soçidə 3,7 bal gücündə zəlzələ baş verib.
Zəlzələlər 6,5 km dərinlikdə qeydə alınıb.
"Bu gün, 20 aprel 2026-cı il, saat 13:34-də (Moskva vaxtı ilə) Soçidə 3,7 bal gücündə zəlzələ baş verib", - məlumatda deyilir.
Zəlzələ şəhərin infrastrukturuna heç bir ziyan vurmayıb. Tələfatla bağlı məlumat verilməyib.
QAZİLER.AZ



